Ramazan ayında olan namaz
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : أَخْبَرَنِي مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، قَالَ : حَدَّثَنِي نُعَيْمُ بْنُ زِيَادٍ أَبُو طَلْحَةَ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ ، عَلَى مِنْبَرِ حِمْصَ يَقُولُ : قُمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي شَهْرِ رَمَضَانَ لَيْلَةَ ثَلاَثٍ وَعِشْرِينَ إِلَى ثُلُثِ اللَّيْلِ الأَوَّلِ ، ثُمَّ قُمْنَا مَعَهُ لَيْلَةَ خَمْسٍ وَعِشْرِينَ إِلَى نِصْفِ اللَّيْلِ ، ثُمَّ قُمْنَا مَعَهُ لَيْلَةَ سَبْعٍ وَعِشْرِينَ حَتَّى ظَنَنَّا أَنْ لاَ نُدْرِكَ الْفَلاَحَ ، وَكَانُوا يُسَمُّونَهُ السُّحُورَ.
“Rəvayət edilir ki, Nueym ibn Ziyad Əbu Talhə ﵀ demişdir: “Hims şəhərinin məscidində minbərdən ən-Numan ibn Bəşirin belə dediyini eşitdim: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Ramazanın iyirmi üçüncü gecəsinin ilk üçdə birinə qədər namaz qıldıq. Sonra onunla birlikdə Ramazanın iyirmi beşinci günü gecənin yarısına qədər, sonra da iyirmi yeddinci gecəni namaz qıldıq. Biz “uğura” çatmayacağımızı zənn etdik”. Onlar səhuru “uğur” adlandırırdılar”.”
İstinad
Nəsəi, 1606 (Gecə namazı, 9)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər