Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gecə namazına rəğbətləndirmək

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ عَجْلاَنَ ، قَالَ : حَدَّثَنِي الْقَعْقَاعُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : رَحِمَ اللَّهُ رَجُلاً قَامَ مِنَ اللَّيْلِ فَصَلَّى ، ثُمَّ أَيْقَظَ امْرَأَتَهُ فَصَلَّتْ ، فَإِنْ أَبَتْ نَضَحَ فِي وَجْهِهَا الْمَاءَ ، وَرَحِمَ اللَّهُ امْرَأَةً قَامَتْ مِنَ اللَّيْلِ فَصَلَّتْ ، ثُمَّ أَيْقَظَتْ زَوْجَهَا فَصَلَّى ، فَإِنْ أَبَى نَضَحَتْ فِي وَجْهِهِ الْمَاءَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah gecə vaxtı yatağından qalxıb namaz qılan və zövcəsini namaza oyadan, oyanmadığı təqdirdə isə onun üzünə su çiləyən kişiyə rəhm etsin! Habelə Allah gecə vaxtı yatağından qalxıb namaz qılan, ərini namaza oyadan, oyanmadığı təqdirdə isə onun üzünə su çiləyən qadına rəhm etsin!””

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 1610 (Gecə namazı, 13)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər