Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gecə namazına rəğbətləndirmək

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَلِيِّ بْنِ حُسَيْنٍ ، أَنَّ الْحُسَيْنَ بْنَ عَلِيٍّ حَدَّثَهُ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ طَرَقَهُ وَفَاطِمَةَ ، فَقَالَ : أَلاَ تُصَلُّونَ ؟ قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّمَا أَنْفُسُنَا بِيَدِ اللهِ ، فَإِذَا شَاءَ أَنْ يَبْعَثَهَا بَعَثَهَا ، فَانْصَرَفَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ قُلْتُ لَهُ ذَلِكَ ، ثُمَّ سَمِعْتُهُ وَهُوَ مُدْبِرٌ يَضْرِبُ فَخِذَهُ ، وَيَقُولُ : {وَكَانَ الإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلاً}.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ gecə vaxtı onun və Fatimənin yanına gəlib dedi: “Niyə (gecə) namazını qılmırsınız?” Mən dedim: “Ey Allahın Elçisi! Həqiqətən, bizim canımız Allahın Əlindədir, istəsə, bizi oyadar”. Mən bunu ona dedikdən sonra üz döndərib buduna (dizinə) vura-vura bu ayəni oxudu: “...İnsan isə ən çox mübahisə edəndir” (əl-Kəhf, 54)”.”

Əli ibn Əbu Talib
Səhih

İstinad

Nəsəi, 1611 (Gecə namazı, 14)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər