Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbər ﷺ gecə namazını nə ilə başlayardı?

أَخْبَرَنَا عِصْمَةُ بْنُ الْفَضْلِ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، قَالَ : حَدَّثَنَا الأَزْهَرُ بْنُ سَعِيدٍ ، عَنْ عَاصِمِ بْنِ حُمَيْدٍ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ : بِمَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَفْتِحُ قِيَامَ اللَّيْلِ ؟ قَالَتْ : لَقَدْ سَأَلْتَنِي عَنْ شَيْءٍ مَا سَأَلَنِي عَنْهُ أَحَدٌ قَبْلَكَ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكَبِّرُ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا ، وَيُسَبِّحُ عَشْرًا ، وَيُهَلِّلُ عَشْرًا ، وَيَسْتَغْفِرُ عَشْرًا ، وَيَقُولُ : اللَّهُمَّ اغْفِرْ لِي وَاهْدِنِي ، وَارْزُقْنِي وَعَافِنِي ، أَعُوذُ بِاللَّهِ مِنْ ضِيقِ الْمَقَامِ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Asim ibn Humeyd ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Allah Elçisi ﷺ gecə namazını nə ilə başlayardı?” O dedi: “Artıq sən məndən elə bir şey barəsində soruşdun ki, səndən qabaq bunu məndən heç kim soruşmamışdı. Allah Elçisi ﷺ on dəfə “Allahu Əkbər”, on dəfə “Əlhəmdulilləh”, on dəfə “Subhən-Allah”, on dəfə “Lə iləhə İlləllah” və on dəfə “Əstəğfirullah” deyər, sonra belə dua edərdi: “Allahım, məni bağışla, mənə hidayət ver, mənə ruzi ver, mənə salamatlıq ver! Allahım, Qiyamət günü hüzurunda dayanmağın sıxlığından Sənə sığınıram!””

Asim ibn Humeyd
Səhih

İstinad

Nəsəi, 1617 (Gecə namazı, 20)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər