Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbər ﷺ gecə namazını nə ilə başlayardı?

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَعْمَرٍ ، وَالأَوْزَاعِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ رَبِيعَةَ بْنِ كَعْبٍ الأَسْلَمِيِّ ، قَالَ : كُنْتُ أَبِيتُ عِنْدَ حُجْرَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكُنْتُ أَسْمَعُهُ إِذَا قَامَ مِنَ اللَّيْلِ ، يَقُولُ : سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِينَ الْهَوِيَّ ، ثُمَّ يَقُولُ : سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ الْهَوِيَّ.

“Rəvayət edilir ki, Rabi ibn Kəb əl-Əsləmi ﵁ demişdir: “Mən Peyğəmbərin hücrəsinin (evinin) yanında gecələyərdim. O, gecə namazına qalxdıqda uzun-uzun: “Pak və nöqsansız Allah aləmlərin Rəbbidir!”- deyərdi. Sonra uzun-uzun: “Allah pak və nöqsansızdır! Həmd Ona məxsusdur!”- deyərdi”.”

Rabi ibn Kəb əl-Əsləmi
Səhih

İstinad

Nəsəi, 1618 (Gecə namazı, 21)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər