Allah Elçisinin ﷺ gecə namazı haqda
أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : عَنْ أَبِيهِ ، أَخْبَرَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، أَنَّ يَعْلَى بْنَ مَمْلَكٍ أَخْبَرَهُ ، أَنَّهُ سَأَلَ أُمَّ سَلَمَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : كَانَ يُصَلِّي الْعَتَمَةَ ، ثُمَّ يُسَبِّحُ ، ثُمَّ يُصَلِّي بَعْدَهَا مَا شَاءَ اللَّهُ مِنَ اللَّيْلِ ، ثُمَّ يَنْصَرِفُ فَيَرْقُدُ مِثْلَ مَا صَلَّى ، ثُمَّ يَسْتَيْقِظُ مِنْ نَوْمِهِ ذَلِكَ فَيُصَلِّي مِثْلَ مَا نَامَ ، وَصَلاَتُهُ تِلْكَ الآخِرَةُ تَكُونُ إِلَى الصُّبْحِ.
“Rəvayət edilir ki, Yə'lə ibn Məmlək ﵀ Ummu Sələmədən Allah Elçisinin ﷺ namazı haqda soruşduqda, Ummu Sələmə belə dedi: “Allah Elçisi ﷺ Atəməni (İşanı) qılar, təsbih edər, sonra gecə Allahın istədiyi qədər namaz qılar, sonra da namaz qıldığı qədər yatardı. Sonra oyanaraq yatdığı qədər namaz qılardı. Onun axırıncı namazı Sübhə qədər olardı”.”
İstinad
Nəsəi, 1628 (Gecə namazı, 31)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər