Allah Elçisinin ﷺ gecə namazı haqda
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ يَعْلَى بْنِ مَمْلَكٍ ، أَنَّهُ سَأَلَ أُمَّ سَلَمَةَ ، زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ قِرَاءَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعَنْ صَلاَتِهِ ، فَقَالَتْ : مَا لَكُمْ وَصَلاَتَهُ ؟ كَانَ يُصَلِّي ثُمَّ يَنَامُ قَدْرَ مَا صَلَّى ، ثُمَّ يُصَلِّي قَدْرَ مَا نَامَ ، ثُمَّ يَنَامُ قَدْرَ مَا صَلَّى حَتَّى يُصْبِحَ ، ثُمَّ نَعَتَتْ لَهُ قِرَاءَتَهُ ، فَإِذَا هِيَ تَنْعَتُ قِرَاءَةً مُفَسَّرَةً حَرْفًا حَرْفًا.
“Rəvayət edilir ki, Yə'lə ibn Məmlək ﵀ Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmədən Allah Elçisinin ﷺ qiraəti və namazı haqda soruşduqda, Ummu Sələmə belə dedi: “Siz harada, onun namazı harada! O, namaz qılar, sonra da namaz qıldığı qədər yatardı. Sonra oyanaraq yatdığı qədər namaz qılardı. Sonra Sübhədək namaz qıldığı qədər yatardı”. Sonra Ummu Sələmə onun qiraətini vəsf etdi və onun hərf-hərf asta şəkildə oxumağını söylədi”.”
İstinad
Nəsəi, 1629 (Gecə namazı, 32)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər