Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Allahın Peyğəmbəri Davudun ﵇ gecə namazı haqda

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَمْرِو بْنِ أَوْسٍ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحَبُّ الصِّيَامِ إِلَى اللهِ عَزَّ وَجَلَّ صِيَامُ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا ، وَأَحَبُّ الصَّلاَةِ إِلَى اللهِ صَلاَةُ دَاوُدَ كَانَ يَنَامُ نِصْفَ اللَّيْلِ ، وَيَقُومُ ثُلُثَهُ ، وَيَنَامُ سُدُسَهُ.

“Rəvayət edilir ki, Amr ibn Əus ﵀ Abdullah ibn Amr ibn əl-Asın belə dediyini eşitmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın ﷿ ən çox xoşuna gələn oruc Davudun ﵇ tutduğu orucdur. O, günaşırı oruc tutardı. Həmçinin Allahın ən çox xoşuna gələn namaz da Davudun qıldığı namazdır. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı”.”

Amr ibn Əus
Səhih

İstinad

Nəsəi, 1630 (Gecə namazı, 33)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər