Peyğəmbər ﷺ ayaq üstə namaza başladıqda nə edərdi və Aişədən ﵂ rəvayət olunan hədisdə olan ixtilaf haqda
أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنِي يَزِيدُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ ، عَنْ عَائِشَةَ قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي قَائِمًا وَقَاعِدًا ، فَإِذَا افْتَتَحَ الصَّلاَةَ قَائِمًا رَكَعَ قَائِمًا ، وَإِذَا افْتَتَحَ الصَّلاَةَ قَاعِدًا رَكَعَ قَاعِدًا.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namazı ayaq üstə də, oturaraq da qılardı. Əgər namazını ayaq üstə başlayardısa, rukusunu da ayaq üstə edərdi. Əgər namazını oturaraq başlayardısa, rukusunu da oturaraq edərdi”.”
İstinad
Nəsəi, 1647 (Gecə namazı, 50)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər