Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbər ﷺ ayaq üstə namaza başladıqda nə edərdi və Aişədən ﵂ rəvayət olunan hədisdə olan ixtilaf haqda

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ يَزِيدَ ، وَأَبُو النَّضْرِ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي وَهُوَ جَالِسٌ فَيَقْرَأُ وَهُوَ جَالِسٌ ، فَإِذَا بَقِيَ مِنْ قِرَاءَتِهِ قَدْرَ مَا يَكُونُ ثَلاَثِينَ أَوْ أَرْبَعِينَ آيَةً قَامَ فَقَرَأَ وَهُوَ قَائِمٌ ، ثُمَّ رَكَعَ ، ثُمَّ سَجَدَ ، ثُمَّ يَفْعَلُ فِي الرَّكْعَةِ الثَّانِيَةِ مِثْلَ ذَلِكَ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ namazını oturaraq qıldıqda, namazda olan qiraəti da oturaraq edərdi. Quran oxunuşundan otuz və ya qırx ayə qədər qaldıqda, ayağa qalxar və qiraəti ayaq üstə edərdi. Sonra ruku edər, sonra səcdə edər, sonra da ikinci rükətdə eyni şeyi edərdi.”

Aişə
Səhih

İstinad

Nəsəi, 1648 (Gecə namazı, 51)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər