Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbər ﷺ ayaq üstə namaza başladıqda nə edərdi və Aişədən ﵂ rəvayət olunan hədisdə olan ixtilaf haqda

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى جَالِسًا حَتَّى دَخَلَ فِي السِّنِّ ، فَكَانَ يُصَلِّي وَهُوَ جَالِسٌ يَقْرَأُ ، فَإِذَا غَبَرَ مِنَ السُّورَةِ ثَلاَثُونَ أَوْ أَرْبَعُونَ آيَةً ، قَامَ فَقَرَأَ بِهَا ثُمَّ رَكَعَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ yaşlanana qədər oturaraq namaz qıldığını görmədim. Yaşlandıqda isə oturaraq namaz qılar, namazda olan qiraəti də oturaraq edərdi. Surədən otuz-qırx ayə qaldıqda, qalxıb qiraəti davam edər, sonra da ruku edərdi”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 1649 (Gecə namazı, 52)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər