Peyğəmbər ﷺ ayaq üstə namaza başladıqda nə edərdi və Aişədən ﵂ rəvayət olunan hədisdə olan ixtilaf haqda
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنِ الْحَسَنِ ، عَنْ سَعْدِ بْنِ هِشَامِ بْنِ عَامِرٍ ، قَالَ : قَدِمْتُ الْمَدِينَةَ فَدَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، قَالَتْ : مَنْ أَنْتَ ؟ قُلْتُ : أَنَا سَعْدُ بْنُ هِشَامِ بْنِ عَامِرٍ ، قَالَتْ : رَحِمَ اللَّهُ أَبَاكَ ، قُلْتُ : أَخْبِرِينِي عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ وَكَانَ ، قُلْتُ : أَجَلْ ، قَالَتْ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي بِاللَّيْلِ صَلاَةَ الْعِشَاءِ ، ثُمَّ يَأْوِي إِلَى فِرَاشِهِ فَيَنَامُ ، فَإِذَا كَانَ جَوْفُ اللَّيْلِ قَامَ إِلَى حَاجَتِهِ وَإِلَى طَهُورِهِ ، فَتَوَضَّأَ ، ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَيُصَلِّي ثَمَانِيَ رَكَعَاتٍ يُخَيَّلُ إِلَيَّ أَنَّهُ يُسَوِّي بَيْنَهُنَّ فِي الْقِرَاءَةِ وَالرُّكُوعِ وَالسُّجُودِ وَيُوتِرُ بِرَكْعَةٍ ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ ، ثُمَّ يَضَعُ جَنْبَهُ فَرُبَّمَا جَاءَ بِلاَلٌ فَآذَنَهُ بِالصَّلاَةِ قَبْلَ أَنْ يُغْفِيَ ، وَرُبَّمَا يُغْفِي ، وَرُبَّمَا شَكَكْتُ أَغْفَى أَوْ لَمْ يُغْفِ حَتَّى يُؤْذِنَهُ بِالصَّلاَةِ ، فَكَانَتْ تِلْكَ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أَسَنَّ وَلُحِمَ ، فَذَكَرَتْ مِنْ لَحْمِهِ مَا شَاءَ اللَّهُ قَالَتْ : وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي بِالنَّاسِ الْعِشَاءَ ، ثُمَّ يَأْوِي إِلَى فِرَاشِهِ ، فَإِذَا كَانَ جَوْفُ اللَّيْلِ قَامَ إِلَى طَهُورِهِ وَإِلَى حَاجَتِهِ ، فَتَوَضَّأَ ، ثُمَّ يَدْخُلُ الْمَسْجِدَ فَيُصَلِّي سِتَّ رَكَعَاتٍ يُخَيَّلُ إِلَيَّ أَنَّهُ يُسَوِّي بَيْنَهُنَّ فِي الْقِرَاءَةِ وَالرُّكُوعِ وَالسُّجُودِ ، ثُمَّ يُوتِرُ بِرَكْعَةٍ ، ثُمَّ يُصَلِّي رَكْعَتَيْنِ وَهُوَ جَالِسٌ ، ثُمَّ يَضَعُ جَنْبَهُ وَرُبَّمَا جَاءَ بِلاَلٌ فَآذَنَهُ بِالصَّلاَةِ قَبْلَ أَنْ يُغْفِيَ ، وَرُبَّمَا أَغْفَى ، وَرُبَّمَا شَكَكْتُ أَغْفَى أَمْ لاَ ؟ حَتَّى يُؤْذِنَهُ بِالصَّلاَةِ ، قَالَتْ : فَمَا زَالَتْ تِلْكَ صَلاَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Səd ibn Hişam ibn Amir ﵀ demişdir: “Mədinəyə gələrək Aişənin ﵂ yanına daxil oldum. O dedi: “Sən kimsən?” Mən dedim: “Mən Səd ibn Hişam ibn Amirəm”. Aişə dedi: “Allah sənin atana rəhm etsin!” Mən dedim: “Mənə Allah Elçisinin ﷺ namazı haqda xəbər ver”. O dedi: “Allah Elçisi ﷺ filan cür namaz qılardı”. Mən dedim: ”Bəli”. O dedi: “Allah Elçisi ﷺ axşam İşa namazını qılar və yatağına uzanıb yatardı. Gecənin yarısı olduqda, ehtiyacı üçün qalxar və dəstəmaz alar, sonra məscidə daxil olar və səkkiz rükət namaz qılardı. Mənə elə gəldi ki, bu rükətlərdə olan qiraət, ruku və səcdənin uzunluğu eyni olardı. Sonra bir rükət Vitr namazını qılardı. Sonra oturduğu halda iki rükət də qılardı. Sonra uzanar və mürgüləməzdən əvvəl Bilal gəlib namaza azan vermək üçün izn istəyərdi. Hərdən o mürgüləyəndə mən onun Bilal azan üçün izn istəməzdən qabaq mürgüləyib-mürgüləməməsində şübhəyə düşərdim. Bu, onun yaşlaşıb bir qədər kökələnə qədər olan namazı idi”. Sonra Aişə onun bir qədər kökəlməsi haqda danışdı. O, davam edərək dedi: “Peyğəmbər insanlara İşa namazını qıldırdı. Sonra yatağına uzandı. Gecənin yarısı olduqda, ehtiyacı üçün qalxar və dəstəmaz alar, sonra məscidə daxil olar və altı rükət namaz qılardı. Mənə elə gəldi ki, bu rükətlərdə olan qiraət, ruku və səcdə (uzunluq baxımından) eyni olardı. Sonra bir rükət Vitr namazını qılardı. Sonra oturduğu halda iki rükət də qılardı. Sonra uzanar və mürgüləməzdən əvvəl Bilal gəlib namaza azan vermək üçün izn istəyərdi. Hərdən o mürgüləyəndə mən onun Bilalın azan üçün izn istəməsindən qabaq mürgüləyib-mürgüləməməsində şübhəyə düşərdim. Bu da Allah Elçisinin ﷺ namazı idi”.”
İstinad
Nəsəi, 1651 (Gecə namazı, 54)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər