Nafilə (əlavə) namazları oturaraq qılmaq və Əbu İshaqın bu haqda olan ixtilafı
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ حَدِيثِ أَبِي عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْتَنِعُ مِنْ وَجْهِي وَهُوَ صَائِمٌ ، وَمَا مَاتَ حَتَّى كَانَ أَكْثَرُ صَلاَتِهِ قَاعِدًا ، ثُمَّ ذَكَرَتْ كَلِمَةً مَعْنَاهَا إِلاَّ الْمَكْتُوبَةَ ، وَكَانَ أَحَبُّ الْعَمَلِ إِلَيْهِ مَا دَامَ عَلَيْهِ الإِنْسَانُ وَإِنْ كَانَ يَسِيرًا. خَالَفَهُ يُونُسُ ، رَوَاهُ عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ أُمِّ سَلَمَةَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ oruc olduğu halda mənim üzümdən öpməkdən imtina etməzdi. Ölümünə yaxın olan vaxtlarda fərz namazlarından başqa namazların əksəriyyətini oturaraq qılardı. Ona ən sevimli əməl yüngül olub davamiyyətli olan əməl idi”.”
İstinad
Nəsəi, 1652 (Gecə namazı, 55)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər