Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Peyğəmbərin ﷺ bir gecədə iki dəfə Vitr namazını qılmağı qadağan etməsi

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ مُلاَزِمِ بْنِ عَمْرٍو ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ بَدْرٍ ، عَنْ قَيْسِ بْنِ طَلْقٍ ، قَالَ : زَارَنَا أَبِي طَلْقُ بْنُ عَلِيٍّ فِي يَوْمٍ مِنْ رَمَضَانَ ، فَأَمْسَى بِنَا وَقَامَ بِنَا تِلْكَ اللَّيْلَةَ ، وَأَوْتَرَ بِنَا ، ثُمَّ انْحَدَرَ إِلَى مَسْجِدٍ فَصَلَّى بِأَصْحَابِهِ حَتَّى بَقِيَ الْوِتْرُ ، ثُمَّ قَدَّمَ رَجُلاً فَقَالَ لَهُ : أَوْتِرْ بِهِمْ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ وِتْرَانِ فِي لَيْلَةٍ.

“Rəvayət edilir ki, Qeys ibn Talq ﵀ demişdir: “Talq ibn Əli Ramazan günlərinin birində bizi ziyarət etdi. O, bizimlə gecələməli oldu. Həmin gecə bizimlə birlikdə namaza qalxdı və Vitr namazını qıldırdı. Sonra məscidə getdi və öz yoldaşları ilə namaz qıldı, lakin Vitr namazını qılmadı. Sonra bir kişini qabağa verib dedi: “Camaata Vitr namazını qıldır, çünki mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Bir gecədə iki dəfə Vitr namazı qılınmaz”.”

Qeys ibn Talq
Səhih

İstinad

Nəsəi, 1679 (Gecə namazı, 82)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər