Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Vitr namazının vaxtı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ بْنِ يَزِيدَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : كَانَ يَنَامُ أَوَّلَ اللَّيْلِ ثُمَّ يَقُومُ ، فَإِذَا كَانَ مِنَ السَّحَرِ أَوْتَرَ ، ثُمَّ أَتَى فِرَاشَهُ ، فَإِذَا كَانَ لَهُ حَاجَةٌ أَلَمَّ بِأَهْلِهِ ، فَإِذَا سَمِعَ الأَذَانَ وَثَبَ ، فَإِنْ كَانَ جُنُبًا أَفَاضَ عَلَيْهِ مِنَ الْمَاءِ ، وَإِلاَّ تَوَضَّأَ ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ.

“Rəvayət edilir ki, əl-Əsvəd ibn Yəzid ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ namazı haqda soruşduqda, o dedi: “Peyğəmbər ﷺ gecənin əvvəlini yatar, sonra namaza durardı. Səhər vaxtı yaxınlaşdıqda, Vitr namazını qılar, sonra yatağına uzanardı. Əgər ehtiyac olardısa, ailəsinə yaxınlaşardı. Azanı eşitdikdə, yuxudan oyanardı. Əgər cənabət halında olardısa, üzərinə su tökər (qüsl alar), cənabət halında olmazdısa, dəstəmaz alar, sonra da namaza (məscidə) gedərdi”.”

əl-Əsvəd ibn Yəzid
Səhih

İstinad

Nəsəi, 1680 (Gecə namazı, 83)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər