Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Vitr namazı bir rükət olaraq necə qılınır?

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ زِيَادٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، وَالْوِتْرُ رَكْعَةٌ وَاحِدَةٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Gecə namazı cüt-cüt qılınan rükətlərdir. Vitr namazı isə bir rükətdir”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 1693 (Gecə namazı, 96)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər