Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Vitr namazı bir rükət olaraq necə qılınır?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، وَعَبْدُ اللهِ بْنُ دِينَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ صَلاَةِ اللَّيْلِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَلاَةُ اللَّيْلِ مَثْنَى مَثْنَى ، فَإِذَا خَشِيَ أَحَدُكُمُ الصُّبْحَ صَلَّى رَكْعَةً وَاحِدَةً تُوتِرُ لَهُ مَا قَدْ صَلَّى.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ gecə namazı haqda soruşdu. Allah Elçisi ﷺ belə buyurdu: “Gecə namazı cüt-cüt qılınan rükətlərdir. Sizdən biriniz Sübh namazının vaxtının daxil olmasından qorxsa, bir rükət (Vitr namazını) qılsın. Bu onun qıldıqlarını təkləşdirmiş olar”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Nəsəi, 1694 (Gecə namazı, 97)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər