Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Ubey ibn Kəbin ﵁ Vitr namazı haqda xəbəri nəql edənlərin ləfzləri haqda ixtilaf

أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدُ بْنُ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ زُبَيْدٍ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُوتِرُ بِثَلاَثِ رَكَعَاتٍ ، كَانَ يَقْرَأُ فِي الأُولَى بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَفِي الثَّانِيَةِ بِ{قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} ، وَفِي الثَّالِثَةِ بِ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ، وَيَقْنُتُ قَبْلَ الرُّكُوعِ ، فَإِذَا فَرَغَ ، قَالَ عِنْدَ فَرَاغِهِ : سُبْحَانَ الْمَلِكِ الْقُدُّوسِ ، ثَلاَثَ مَرَّاتٍ يُطِيلُ فِي آخِرِهِنَّ.

“Ubey ibn Kəb ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Vitr namazını üç rükət qılardı. Birinci rükətində “əl-Ə'lə” surəsini, ikinci rükətində “əl-Kəfirun” surəsini, üçüncü rükətində isə “əl-İxlas” surəsini oxuyardı. Rukudan qabaq qunut tutar, namazı bitirdikdə isə üç dəfə “Subhə:nəl-Məlikil-Quddu:s!”- deyər, üçüncü dəfə deyəndə isə uzadardı”.”

Ubey ibn Kəb
Səhih

İstinad

Nəsəi, 1699 (Gecə namazı, 102)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər