Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Ubey ibn Kəbin ﵁ Vitr namazı haqda xəbəri nəql edənlərin ləfzləri haqda ixtilaf

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِي الرَّكْعَةِ الأُولَى مِنَ الْوِتْرِ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، وَفِي الثَّانِيَةِ بِ{قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} ، وَفِي الثَّالِثَةِ بِ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ}.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ Vitr namazının birinci rükətində “əl-Ə'lə” surəsini, ikinci rükətində “əl-Kəfirun” surəsini, üçüncü rükətində isə “əl-İxlas” surəsini oxuyardı”.”

Ubey ibn Kəb
Səhih

İstinad

Nəsəi, 1700 (Gecə namazı, 103)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər