Həbib ibn Əbu Sabitin İbn Abbasın Vitr hədisi haqda olan ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ قَامَ مِنَ اللَّيْلِ فَاسْتَنَّ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ نَامَ ، ثُمَّ قَامَ فَاسْتَنَّ ، ثُمَّ تَوَضَّأَ فَصَلَّى رَكْعَتَيْنِ حَتَّى صَلَّى سِتًّا ، ثُمَّ أَوْتَرَ بِثَلاَثٍ ، وَصَلَّى رَكْعَتَيْنِ.
“Muhəmməd ibn Əli atasından və babasından ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ gecə vaxtı qalxıb dişlərini misvakla təmizlədi. Sonra iki rükət namaz qıldı və yatdı. Bir müddətdən sonra yenidən qalxıb dişlərini misvakla təmizlədi və dəstəmaz alıb altı rükət olana qədər iki rükət - iki rükət namaz qıldı. Sonra üç rükət Vitr namazını qıldı. Daha sonra (Sübh namazının) iki rükət sünnəsini qıldı”.”
İstinad
Nəsəi, 1704 (Gecə namazı, 107)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər