Həbib ibn Əbu Sabitin İbn Abbasın Vitr hədisi haqda olan ixtilafı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، عَنْ زَائِدَةَ ، عَنْ حُصَيْنٍ ، عَنْ حَبِيبِ بْنِ أَبِي ثَابِتٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كُنْتُ عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ فَتَوَضَّأَ وَاسْتَاكَ وَهُوَ يَقْرَأُ هَذِهِ الآيَةَ حَتَّى فَرَغَ مِنْهَا {إِنَّ فِي خَلْقِ السَّمَوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لأُولِي الأَلْبَابِ} ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ عَادَ فَنَامَ حَتَّى سَمِعْتُ نَفْخَهُ ، ثُمَّ قَامَ فَتَوَضَّأَ وَاسْتَاكَ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ نَامَ ثُمَّ قَامَ فَتَوَضَّأَ وَاسْتَاكَ وَصَلَّى رَكْعَتَيْنِ وَأَوْتَرَ بِثَلاَثٍ
“Muhəmməd ibn Əli ibn Abdullah ibn Abbas atasının və babasının belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ yanında idim. Ayağa durdu, dəstəmaz aldı və dişlərini misvakla təmizlədi. Namazı bitirənə qədər bu ayəni “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” (Ali-İmran, 190) oxudu. Sonra iki rükət namaz qıldı. Sonra uzanıb yatdı və mən onun xoruldamasının eşitdim. Sonra qalxıb dəstəmaz aldı və dişlərini misvakla təmizlədi. Sonra iki rükət namaz qıldı. Sonra uzanıb yatdı. Sonra qalxıb dəstəmaz aldı və dişlərini misvakla təmizlədi. Sonra iki rükət namaz qıldı. Sonra üç rükət Vitr namazını qıldı”.”
İstinad
Nəsəi, 1705 (Gecə namazı, 108)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər