Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Şöbənin Qatədən rəvayət etdiyi hədisdə olan ixtilaf haqda

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ ، فَقَرَأَ رَجُلٌ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ، فَلَمَّا صَلَّى قَالَ : مَنْ قَرَأَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ؟ قَالَ رَجُلٌ : أَنَا ، قَالَ : قَدْ عَلِمْتُ أَنَّ بَعْضَهُمْ خَالَجَنِيهَا.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazını qıldıqda, bir kişi də arxada “əl-Ə'lə” surəsini oxudu. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “əl-Ə'lə” surəsini kim oxudu?” Həmin kişi: “Mən!”- dedi. Peyğəmbər ﷺ dedi: “Mən artıq bildim ki, sizdən bəziləriniz məni çaşdırır”.”

İmran ibn Husayn
Səhih

İstinad

Nəsəi, 1744 (Gecə namazı, 147)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər