Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Vitr namazında dua

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ بُرَيْدٍ ، عَنْ أَبِي الْحَوْرَاءِ ، قَالَ : قَالَ الْحَسَنُ : عَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَلِمَاتٍ أَقُولُهُنَّ فِي الْوِتْرِ فِي الْقُنُوتِ : اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ ، وَعَافِنِي فِيمَنْ عَافَيْتَ ، وَتَوَلَّنِي فِيمَنْ تَوَلَّيْتَ ، وَبَارِكْ لِي فِيمَا أَعْطَيْتَ ، وَقِنِي شَرَّ مَا قَضَيْتَ ، إِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ ، وَإِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ ، تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ.

“Rəvayət edilir ki, Həsən ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə Vitr namazında qunut tutaraq bunları deməyi öyrətdi: “Allahım! Hidayət verdiyin kimsələr arasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiyin kimsələr arasında mənə də salamatlıq bəxş et! Dost qəbul etdiyin kimsələr arasında məni də dost qəbul et! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! (Hər şeyə) Sən qərar verirsən, Sənin üçün isə qərar verilməz! Sənin dost qəbul etdiyin kimsə zəlil olmaz! Ey Rəbbimiz, Sən xeyirxahsan və ucasan!””

Həsən
Səhih

İstinad

Nəsəi, 1745 (Gecə namazı, 148)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər