Gecə namazı və gündüz edilən əlavə ibadətlər

Gün ərzində fərz namazlarından əlavə on iki rükət namaz qılanın savabı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا مَعْقِلٌ ، عَنْ عَطَاءٍ قَالَ : أُخْبِرْتُ أَنَّ أُمَّ حَبِيبَةَ بِنْتَ أَبِي سُفْيَانَ قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ رَكَعَ ثِنْتَيْ عَشْرَةَ رَكْعَةً فِي يَوْمِهِ وَلَيْلَتِهِ سِوَى الْمَكْتُوبَةِ بَنَى اللَّهُ لَهُ بِهَا بَيْتًا فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Ummu Həbibə bint Əbu Sufyan ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim gün ərzində fərz namazlarından başqa on iki rükət namaz qılarsa, Allah onun üçün Cənnətdə bir ev inşa edər”.”

Ummu Həbibə bint Əbu Sufyan
Səhih

İstinad

Nəsəi, 1796 (Gecə namazı, 199)

Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər