Gün ərzində fərz namazlarından əlavə on iki rükət namaz qılanın savabı
أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، قُلْتُ لِعَطَاءٍ : بَلَغَنِي أَنَّكَ تَرْكَعُ قَبْلَ الْجُمُعَةِ اثْنَتَيْ عَشْرَةَ رَكْعَةً ، مَا بَلَغَكَ فِي ذَلِكَ ؟ قَالَ : أُخْبِرْتُ أَنَّ أُمَّ حَبِيبَةَ ، حَدَّثَتْ عَنْبَسَةَ بْنَ أَبِي سُفْيَانَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ رَكَعَ اثْنَتَيْ عَشْرَةَ رَكْعَةً فِي الْيَوْمِ وَاللَّيْلَةِ سِوَى الْمَكْتُوبَةِ بَنَى اللَّهُ عَزَّ وَجَلَّ لَهُ بَيْتًا فِي الْجَنَّةِ.
“Rəvayət edilir ki, İbn Cureyc ﵀ demişdir: “Mən Ətaya dedim: “Mənə çatıb ki, sən Cümədən qabaq on iki rükət namaz qılırsan. Bu barədə sənə nə gəlib çatıb (dəlilin nədir)?” O dedi: “Mənə gəlib çatıb ki, Ummu Həbibə Anbəsə ibn Əbu Sufyana demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim gün ərzində fərz namazlarından başqa on iki rükət namaz qılarsa, Allah ﷿ onun üçün Cənnətdə bir ev inşa edər”.”
İstinad
Nəsəi, 1797 (Gecə namazı, 200)
Sunən ən-Nəsəi — Gecə namazı və gündüz edilən əlavə ibadətlər