Bazar ertəsi vəfat etmək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسٍ قَالَ : آخِرُ نَظْرَةٍ نَظَرْتُهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَشْفُ السِّتَارَةِ وَالنَّاسُ صُفُوفٌ خَلْفَ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَرْتَدَّ ، فَأَشَارَ إِلَيْهِمْ أَنِ امْكُثُوا وَأَلْقَى السِّجْفَ ، وَتُوُفِّيَ مِنْ آخِرِ ذَلِكَ الْيَوْمِ ، وَذَلِكَ يَوْمُ الاِثْنَيْنِ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mənim Allah Elçisinə ﷺ son baxışım pərdənin açılışı ilə bağlanışı zamanı qədər idi. İnsanlar Əbu Bəkrin ﵁ arxasında namaz qılmaq üçün səf tutmuşdular. (Pərdə açıldıqda) Əbu Bəkr Allah Elçisinin ﷺ namaza gələcəyini zənn edərək geri çəkildi. Peyğəmbər ﷺ isə ona yerində qalmasını işarə etdi və pərdəni endirdi. Peyğəmbər ﷺ həmin günün sonunda vəfat etdi. O gün bazar ertəsi idi”.”
İstinad
Nəsəi, 1831 (Cənazələr, 14)
Sunən ən-Nəsəi — Cənazələr kitabı