Doğulduğu yerdən başqa bir yerdə vəfat etmək
أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي حُيَيُّ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : مَاتَ رَجُلٌ بِالْمَدِينَةِ مِمَّنْ وُلِدَ بِهَا ، فَصَلَّى عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ : يَا لَيْتَهُ مَاتَ بِغَيْرِ مَوْلِدِهِ ، قَالُوا : وَلِمَ ذَاكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : إِنَّ الرَّجُلَ إِذَا مَاتَ بِغَيْرِ مَوْلِدِهِ قِيسَ لَهُ مِنْ مَوْلِدِهِ إِلَى مُنْقَطَعِ أَثَرِهِ فِي الْجَنَّةِ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir kişi Mədinədə doğulmuşdu və orada da vəfat etdi. Allah Elçisi ﷺ onun üçün cənazə namazını qıldı, sonra da dedi: “Kaş bu adam doğulduğu yerdən başqa bir yerdə vəfat edərdi”. Səhabələr dedilər: “Nəyə görə, ey Allahın Elçisi?!” Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, adam doğulduğu yerdən başqa bir yerdə vəfat edərsə, ona Cənnətdə doğulduğu yer ilə vəfat etdiyi yer arasındakı məsafə qədər yer verilir”.”
İstinad
Nəsəi, 1832 (Cənazələr, 15)
Sunən ən-Nəsəi — Cənazələr kitabı