Cənazələr kitabı

Möminin ruhu bədənindən çıxdıqda ona verilən kəramət

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ قَسَامَةَ بْنِ زُهَيْرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا حُضِرَ الْمُؤْمِنُ أَتَتْهُ مَلاَئِكَةُ الرَّحْمَةِ بِحَرِيرَةٍ بَيْضَاءَ فَيَقُولُونَ : اخْرُجِي رَاضِيَةً مَرْضِيًّا عَنْكِ إِلَى رَوْحِ اللهِ ، وَرَيْحَانٍ ، وَرَبٍّ غَيْرِ غَضْبَانَ ، فَتَخْرُجُ كَأَطْيَبِ رِيحِ الْمِسْكِ ، حَتَّى أَنَّهُ لَيُنَاوِلُهُ بَعْضُهُمْ بَعْضًا ، حَتَّى يَأْتُونَ بِهِ بَابَ السَّمَاءِ فَيَقُولُونَ : مَا أَطْيَبَ هَذِهِ الرِّيحَ الَّتِي جَاءَتْكُمْ مِنَ الأَرْضِ ، فَيَأْتُونَ بِهِ أَرْوَاحَ الْمُؤْمِنِينَ فَلَهُمْ أَشَدُّ فَرَحًا بِهِ مِنْ أَحَدِكُمْ بِغَائِبِهِ يَقْدَمُ عَلَيْهِ ، فَيَسْأَلُونَهُ : مَاذَا فَعَلَ فُلاَنٌ ؟ مَاذَا فَعَلَ فُلاَنٌ ؟ فَيَقُولُونَ : دَعُوهُ فَإِنَّهُ كَانَ فِي غَمِّ الدُّنْيَا ، فَإِذَا قَالَ : أَمَا أَتَاكُمْ ؟ قَالُوا : ذُهِبَ بِهِ إِلَى أُمِّهِ الْهَاوِيَةِ ، وَإِنَّ الْكَافِرَ إِذَا احْتُضِرَ أَتَتْهُ مَلاَئِكَةُ الْعَذَابِ بِمِسْحٍ فَيَقُولُونَ : اخْرُجِي سَاخِطَةً مَسْخُوطًا عَلَيْكِ إِلَى عَذَابِ اللهِ عَزَّ وَجَلَّ ، فَتَخْرُجُ كَأَنْتَنِ رِيحِ جِيفَةٍ ، حَتَّى يَأْتُونَ بِهِ بَابَ الأَرْضِ ، فَيَقُولُونَ : مَا أَنْتَنَ هَذِهِ الرِّيحَ حَتَّى يَأْتُونَ بِهِ أَرْوَاحَ الْكُفَّارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Möminə ölüm anı gəldikdə, rəhmət mələkləri ağ ipək libaslarda gəlib (möminə) deyirlər: “Sən Rəbbindən razı, O da səndən razı olaraq, sənə qarşı qəzəbli olmayan Rəbbinin rəhməti ilə çıx!” Möminin ruhu bədənindən ən gözəl müşk qoxusu kimi çıxır. Sonra mələklər bu ruhu bir-birinə ötürərək səmanın qapısına gətirib deyirlər: “Sizinlə yerdən gələn bu gözəl qoxu nədir?” Sonra onu digər möminlərin ruhlarının yanına gətirirlər. Möminlərin ruhları gətirilən möminin ruhuna, birinizin itirdiyini tapdıqda sevindiyindən daha çox sevinir və ondan soruşurlar: “Filankəs necədir? Filankəs necədir?” Digərləri deyirlər: “Onu dinc qoyun! O, kədərli dünyadan gəlib”. Yeni gələn ruh deyir: “Həmin adam sizin yanınıza gəlməyibmi?” Ona deyirlər: “(Yəqin) onu anası Haviyəyə (Cəhənnəmə) aparıblar”. Kafirin ölüm anında əzab mələkləri özləri ilə cod parça gətirib deyirlər: “Allah ﷿ sənə qarşı qəzəbləndiyi halda çıx!” Kafirin ruhu da ən pis qoxu kimi çıxır. Mələklər onu yerin qapılarına gətirib: “Bu, necə də pis qoxudur”- deyib kafirlərin ruhlarının yanına aparırlar”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 1833 (Cənazələr, 16)

Sunən ən-Nəsəi — Cənazələr kitabı