Allahla qarşılaşmağı sevmək
أَخْبَرَنَا هَنَّادٌ ، عَنْ أَبِي زُبَيْدٍ وَهُوَ عَبْثَرُ بْنُ الْقَاسِمِ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عَامِرٍ ، عَنْ شُرَيْحِ بْنِ هَانِئٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللَّهُ لِقَاءَهُ ، وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللَّهُ لِقَاءَهُ ، قَالَ شُرَيْحٌ : فَأَتَيْتُ عَائِشَةَ ، فَقُلْتُ : يَا أُمَّ الْمُؤْمِنِينَ ، سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَذْكُرُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيثًا إِنْ كَانَ كَذَلِكَ فَقَدْ هَلَكْنَا ، قَالَتْ : وَمَا ذَاكَ ؟ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللَّهُ لِقَاءَهُ ، وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللَّهُ لِقَاءَهُ ، وَلَكِنْ لَيْسَ مِنَّا أَحَدٌ إِلاَّ وَهُوَ يَكْرَهُ الْمَوْتَ ، قَالَتْ : قَدْ قَالَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَيْسَ بِالَّذِي تَذْهَبُ إِلَيْهِ ، وَلَكِنْ إِذَا طَمَحَ الْبَصَرُ ، وَحَشْرَجَ الصَّدْرُ ، وَاقْشَعَرَّ الْجِلْدُ فَعِنْدَ ذَلِكَ مَنْ أَحَبَّ لِقَاءَ اللهِ أَحَبَّ اللَّهُ لِقَاءَهُ ، وَمَنْ كَرِهَ لِقَاءَ اللهِ كَرِهَ اللَّهُ لِقَاءَهُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər. Kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz”. Şureyh deyir: “Mən Aişənin yanına gəlib ona dedim: “Ey möminlərin anası! Mən Əbu Hureyranın Allah Elçisindən ﷺ rəvayət etdiyi bir hədis eşitdim. Əgər onun söylədiyi kimidirsə, biz məhv olduq”. Aişə dedi: “O nədir?” (Mən dedim:) Allah Elçisi ﷺ belə buyurmuşdur: “Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər. Kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz”. Amma bizim içimizdə ölümdən xoşlanan adam varmı?!” Aişə dedi: “Məsələ sənin anladığın kimi deyil. Allah Elçisi ﷺ belə demək istəmişdir: “İş orasındadır ki, ölüm yetişdiyi zaman göz bir yerə dikilib baxdıqda, sinə enib-qalxmağa başladıqda və o anın dəhşətindən dərilər tikan-tikan olduqda kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz”.”
İstinad
Nəsəi, 1834 (Cənazələr, 17)
Sunən ən-Nəsəi — Cənazələr kitabı