Cənazələr kitabı

Meyiti yeddi dəfədən çox yumaq

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، عَنْ سَلَمَةَ بْنِ عَلْقَمَةَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ بَعْضِ إِخْوَتِهِ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : تُوُفِّيَتِ ابْنَةٌ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَنَا بِغَسْلِهَا ، فَقَالَ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا ، أَوْ سَبْعًا أَوْ أَكْثَرَ مِنْ ذَلِكِ إِنْ رَأَيْتُنَّ ، قَالَتْ : قُلْتُ : وِتْرًا ؟ قَالَ : نَعَمْ ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا ، أَوْ شَيْئًا مِنْ كَافُورٍ ، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي ، فَلَمَّا فَرَغْنَا آذَنَّاهُ ، فَأَعْطَانَا حِقْوَهُ وَقَالَ : أَشْعِرْنَهَا إِيَّاهُ.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Allah Elçisinin ﷺ qızı vəfat etmişdi. O, bizə qızını yumağı əmr edərək dedi: “Onu su və sidr ilə üç, beş, yeddi və ya ehtiyac olsa, daha çox sayda yuyun”. Mən dedim: “Tək sayda?” Peyğəmbər ﷺ dedi: “Bəli, son yumada kafur və ya ona bənzər bir şeylə yuyun. Bunu tamamladıqdan sonra mənə xəbər verin”. Biz (onu yuyub) qurtardıqdan sonra Peyğəmbərə ﷺ xəbər verdik. O, izarını bizə verib dedi: “Onu buna bükün!””

Ummu Atiyyə
Səhih

İstinad

Nəsəi, 1889 (Cənazələr, 72)

Sunən ən-Nəsəi — Cənazələr kitabı