Meyiti yuduqda kafurdan istifadə etmək
أَخْبَرَنَا عَمْرُو بْنُ زُرَارَةَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ نَغْسِلُ ابْنَتَهُ فَقَالَ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا ، أَوْ أَكْثَرَ مِنْ ذَلِكِ إِنْ رَأَيْتُنَّ ذَلِكِ ، بِمَاءٍ وَسِدْرٍ ، وَاجْعَلْنَ فِي الآخِرَةِ كَافُورًا ، أَوْ شَيْئًا مِنْ كَافُورٍ ، فَإِذَا فَرَغْتُنَّ فَآذِنَّنِي ، فَلَمَّا فَرَغْنَا آذَنَّاهُ ، فَأَلْقَى إِلَيْنَا حِقْوَهُ وَقَالَ : أَشْعِرْنَهَا إِيَّاهُ ، قَالَ : أَوْ قَالَتْ حَفْصَةُ : اغْسِلْنَهَا ثَلاَثًا أَوْ خَمْسًا أَوْ سَبْعًا ، قَالَ : وَقَالَتْ أُمُّ عَطِيَّةَ : مَشَطْنَاهَا ثَلاَثَةَ قُرُونٍ.
“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Biz Allah Elçisinin ﷺ vəfat etmiş qızını yuyarkən Allah Elçisi ﷺ bizim yanımıza gəldi və dedi: “Onu su və sidr ilə üç, beş, ehtiyac olsa, daha çox sayda yuyun. Axırıncısına kafur və ya ona bənzər şeylə yuyun. İşinizi tamamladıqdan sonra mənə xəbər verin”. Biz (onu yuyub) qurtardıqdan sonra Peyğəmbərə ﷺ xəbər verdik. O, izarını bizə verib dedi: “Onu buna bükün!” Digər rəvayətdə Həfsa dedi: “Onu üç, beş və ya yeddi dəfə yuyun”. Ummu Atiyyə dedi: “Biz onun saçını daradıq və saçına üç hörük vurduq”.”
İstinad
Nəsəi, 1890 (Cənazələr, 73)
Sunən ən-Nəsəi — Cənazələr kitabı