Cənazəni iti addımlarla aparmaq
أَخْبَرَنَا سُوَيْدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنِي أَبُو أُمَامَةَ بْنُ سَهْلٍ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَسْرِعُوا بِالْجَنَازَةِ فَإِنْ كَانَتْ صَالِحَةً قَدَّمْتُمُوهَا إِلَى الْخَيْرِ ، وَإِنْ كَانَتْ غَيْرَ ذَلِكَ كَانَتْ شَرًّا تَضَعُونَهُ عَنْ رِقَابِكُمْ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Cənazəni (dəfn etməyə) iti addımlarla aparın! Əgər o, əməlisaleh adam olmuşdursa, siz onu xeyrə qovuşdurmuş olarsınız. Yox, əgər əməlisaleh adam olmamışdırsa, (tezliklə) şəri boynunuzdan atmış olarsınız”.”
İstinad
Nəsəi, 1911 (Cənazələr, 94)
Sunən ən-Nəsəi — Cənazələr kitabı