Cənazələr kitabı

Cənazəni iti addımlarla aparmaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : أَنْبَأَنَا عُيَيْنَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : شَهِدْتُ جِنَازَةَ عَبْدِ الرَّحْمَنِ بْنِ سَمُرَةَ وَخَرَجَ زِيَادٌ يَمْشِي بَيْنَ يَدَيِ السَّرِيرِ ، فَجَعَلَ رِجَالٌ مِنْ أَهْلِ عَبْدِ الرَّحْمَنِ وَمَوَالِيهِمْ يَسْتَقْبِلُونَ السَّرِيرَ وَيَمْشُونَ عَلَى أَعْقَابِهِمْ ، وَيَقُولُونَ : رُوَيْدًا رُوَيْدًا بَارَكَ اللَّهُ فِيكُمْ ، فَكَانُوا يَدِبُّونَ دَبِيبًا حَتَّى إِذَا كُنَّا بِبَعْضِ طَرِيقِ الْمِرْبَدِ لَحِقَنَا أَبُو بَكْرَةَ عَلَى بَغْلَةٍ ، فَلَمَّا رَأَى الَّذِي يَصْنَعُونَ حَمَلَ عَلَيْهِمْ بِبَغْلَتِهِ ، وَأَهْوَى إِلَيْهِمْ بِالسَّوْطِ ، وَقَالَ : خَلُّوا ، فَوَالَّذِي أَكْرَمَ وَجْهَ أَبِي الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَقَدْ رَأَيْتُنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَإِنَّا لَنَكَادُ نَرْمُلُ بِهَا رَمَلاً ، فَانْبَسَطَ الْقَوْمُ.

“Uyeynə ibn Abdur-Rahmən ibn Yunus atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Abdur-Rahmən ibn Səmuranın cənazəsində iştirak edirdim. Ziyad tabutun önündə gedirdi. Abdur-Rahmənin ailəsindən olan kişilər və azad etdiyi kölələr tabutun arxası ilə ağır-ağır addımlayaraq deyirdilər: “Yavaş-yavaş götürün! Allah sizə bərəkət versin!” Əbu Bəkrə qatırının üzərində “Mirbəd” deyilən yerdə bizə çatdı. Onların etdiklərini gördükdə qatırı ilə onların üzərinə gəldi və qamçısı ilə onlara irəli işarə edərək dedi: “Aralanın! Əbul-Qasimi ﷺ şərəfləndirənə and olsun ki, biz Allah Elçisi ﷺ ilə birlikdə cənazəni iti addımlarla aparardıq”. İnsanlar aralaşdılar və cənazəni sürətlə aparmağa başladılar”.”

Uyeynə ibn Abdur-Rahmən ibn Yunus atasından
Səhih

İstinad

Nəsəi, 1912 (Cənazələr, 95)

Sunən ən-Nəsəi — Cənazələr kitabı