Cənazələr kitabı

Şirk əhlinin cənazəsi keçdikdə ayağa qalxmaq

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، قَالَ : كَانَ سَهْلُ ابْنُ حُنَيْفٍ ، وَقَيْسُ بْنُ سَعْدِ بْنِ عُبَادَةَ بِالْقَادِسِيَّةِ ، فَمُرَّ عَلَيْهِمَا بِجَنَازَةٍ ، فَقَامَا ، فَقِيلَ لَهُمَا : إِنَّهَا مِنْ أَهْلِ الأَرْضِ ، فَقَالاَ : مُرَّ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَنَازَةٍ فَقَامَ ، فَقِيلَ لَهُ : إِنَّهُ يَهُودِيٌّ ، فَقَالَ : أَلَيْسَتْ نَفْسًا ؟

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Səhl ibn Huneyf və Qeys ibn Səd ibn Ubadə Qadisiyyədə idilər. Onların yanından bir cənazə keçdikdə ikisi də ayağa qalxdı. Onlara dedilər: “Bu cənazə yerli əhalidən olan (qeyri-müsəlmana) aiddir”. Onlar dedilər: “Allah Elçisinin ﷺ yanından bir cənazə keçdikdə Allah Elçisi ﷺ ayağa qalxdı. Ona deyildi: “Axı bu, yəhudinin cənazəsidir”. Allah Elçisi ﷺ buyurdu: “Məgər o, canlı deyildimi?!””

Abdur-Rahmən ibn Əbu Leyla
Səhih

İstinad

Nəsəi, 1921 (Cənazələr, 104)

Sunən ən-Nəsəi — Cənazələr kitabı