Şirk əhlinin cənazəsi keçdikdə ayağa qalxmaq
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، عَنْ هِشَامٍ (ح) وأَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ: حَدَّثَنَا هِشَامٌ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ مِقْسَمٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : مَرَّتْ بِنَا جِنَازَةٌ فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقُمْنَا مَعَهُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّمَا هِيَ جِنَازَةُ يَهُودِيَّةٍ ، فَقَالَ : إِنَّ لِلْمَوْتِ فَزَعًا ، فَإِذَا رَأَيْتُمُ الْجَنَازَةَ ، فَقُومُوا اللَّفْظُ لِخَالِدٍ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında olarkən yanımızdan bir cənazə keçdi. (Bu vaxt) Allah Elçisi ﷺ ayağa qalxdı və biz də onunla birlikdə ayağa qalxdıq. Mən dedim: “Ey Allahın Elçisi! Axı bu, yəhudinin cənazəsidir”. Allah Elçisi ﷺ dedi: “Həqiqətən, ölüm dəhşətli bir haldır. Cənazə gördüyünüz zaman ayağa qalxın!””
İstinad
Nəsəi, 1922 (Cənazələr, 105)
Sunən ən-Nəsəi — Cənazələr kitabı