Cənazə keçdikdə ayağa qalxmamaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أَبِي مَعْمَرٍ ، قَالَ : كُنَّا عِنْدَ عَلِيٍّ فَمَرَّتْ بِهِ جِنَازَةٌ فَقَامُوا لَهَا ، فَقَالَ عَلِيٌّ : مَا هَذَا ؟ قَالُوا : أَمْرُ أَبِي مُوسَى ، فَقَالَ : إِنَّمَا قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِجَنَازَةِ يَهُودِيَّةٍ وَلَمْ يَعُدْ بَعْدَ ذَلِكَ.
“Rəvayət edilir ki, Əbu Mə'mər ﵀ demişdir: “Biz Əlinin yanında olarkən bir cənazə keçdi və camaat ayağa qalxdı. Əli dedi: “Bu nədir?” Camaat dedi: “Əbu Musanın əmri belədir”. Əli də belə dedi: “Allah Elçisi ﷺ bir yəhudinin cənazəsi keçdikdə ayağa durmuşdu. Ondan sonra heç vaxt cənazə keçərkən ayağa durmamışdı”.”
İstinad
Nəsəi, 1923 (Cənazələr, 106)
Sunən ən-Nəsəi — Cənazələr kitabı