Cənazə keçdikdə ayağa qalxmamaq
أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ ابْنِ عُلَيَّةَ ، عَنْ سُلَيْمَانَ التَّيْمِيِّ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، وَالْحَسَنِ بْنِ عَلِيٍّ ، مَرَّتْ بِهِمَا جِنَازَةٌ فَقَامَ أَحَدُهُمَا ، وَقَعَدَ الآخَرُ ، فَقَالَ الَّذِي قَامَ : أَمَا وَاللَّهِ ، لَقَدْ عَلِمْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ قَامَ ، قَالَ لَهُ الَّذِي جَلَسَ : لَقَدْ عَلِمْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ جَلَسَ.
“İbn Abbas ﵄ rəvayət edir ki, onun və Həsən ibn Əlinin yanından bir cənazə keçdi. Biri ayağa durdu, digəri isə oturdu. Ayağa qalxan dedi: “Allaha and olsun ki, mən Allah Elçisinin ﷺ cənazə keçdikdə ayağa durduğunu görmüşəm”. Oturan isə dedi: “Mən Allah Elçisinin ﷺ cənazə keçdikdə oturduğunu görmüşəm”.”
İstinad
Nəsəi, 1926 (Cənazələr, 109)
Sunən ən-Nəsəi — Cənazələr kitabı