Cənazə keçdikdə ayağa qalxmamaq
أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ هَارُونَ الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا حَاتِمٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ الْحَسَنَ بْنَ عَلِيٍّ كَانَ جَالِسًا فَمُرَّ عَلَيْهِ بِجَنَازَةٍ ، فَقَامَ النَّاسُ حَتَّى جَاوَزَتِ الْجَنَازَةُ ، فَقَالَ الْحَسَنُ : إِنَّمَا مُرَّ بِجَنَازَةِ يَهُودِيٍّ وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى طَرِيقِهَا جَالِسًا ، فَكَرِهَ أَنْ تَعْلُوَ رَأْسَهُ جِنَازَةُ يَهُودِيٍّ ، فَقَامَ.
“Cəfər ibn Muhəmməd atasından ﵁ rəvayət edir ki, bir dəfə Həsən ibn Əlinin oturduğu yerdən cənazə keçdi. Bu zaman insanlar ayağa qalxdılar və cənazə keçib gedənə qədər bu halda durdular. Həsən dedi: “Bir yəhudinin cənazəsi keçirdi, Allah Elçisi ﷺ də o cənazənin keçəcəyi yolun üstündə idi. Yəhudinin cənazəsinin öz başından yuxarıda olmasını yaxşı şey saymadığına görə ayayğa qalxdı”.”
İstinad
Nəsəi, 1927 (Cənazələr, 110)
Sunən ən-Nəsəi — Cənazələr kitabı