Cənazələr kitabı

Cənazə keçdikdə ayağa qalxmamaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ جَابِرًا يَقُولُ : قَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِجَنَازَةِ يَهُودِيٍّ مَرَّتْ بِهِ حَتَّى تَوَارَتْ وأَخْبَرَنِي أَبُو الزُّبَيْرِ أَيْضًا ، أَنَّهُ سَمِعَ جَابِرًا رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ : قَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ لِجَنَازَةِ يَهُودِيٍّ حَتَّى تَوَارَتْ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ onun yanından keçən bir yəhudinin cənazəsinə görə ayağa durmuşdu. Cənazə keçib gedənə qədər Allah Elçisi ﷺ ayaq üstə dayanmışdı”. Cabir demişdir: “Allah Elçisi ﷺ və səhabələri yanlarından keçən bir yəhudinin cənazəsinə görə ayağa durmuş və cənazə keçib gedənə qədər onlar ayaq üstə dayanmışdılar”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 1928 (Cənazələr, 111)

Sunən ən-Nəsəi — Cənazələr kitabı