Möminin ölüm ilə rahatlıq tapması
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ ، عَنْ مَعْبَدِ بْنِ كَعْبِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي قَتَادَةَ بْنِ رِبْعِيٍّ أَنَّهُ كَانَ يُحَدِّثُ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُرَّ عَلَيْهِ بِجَنَازَةٍ فَقَالَ : مُسْتَرِيحٌ وَمُسْتَرَاحٌ مِنْهُ ، فَقَالُوا : مَا الْمُسْتَرِيحُ وَمَا الْمُسْتَرَاحُ مِنْهُ ؟ قَالَ : الْعَبْدُ الْمُؤْمِنُ يَسْتَرِيحُ مِنْ نَصَبِ الدُّنْيَا وَأَذَاهَا ، وَالْعَبْدُ الْفَاجِرُ يَسْتَرِيحُ مِنْهُ الْعِبَادُ وَالْبِلاَدُ وَالشَّجَرُ وَالدَّوَابُّ.
“Rəvayət edilir ki, Əbu Qatədə ibn Ribi ﵁ demişdir: “Bir dəfə Allah Elçisinin ﷺ yanından cənazə keçdi. Allah Elçisi ﷺ buyurdu: “Bu cənazə ya qurtulub, ya da ondan qurtulublar”. Səhabələr dedilər: “Qurtulan və ya ondan qurtulan nə deməkdir?” Allah Elçisi ﷺ dedi: “Mömin bəndə öldükdə dünyanın sıxıntılarından qurtulur. Günahkar biri öldükdə bəndələr, şəhərlər, ağaclar və heyvanlar onun (şərindən) qurtulmuş olurlar”.”
İstinad
Nəsəi, 1930 (Cənazələr, 113)
Sunən ən-Nəsəi — Cənazələr kitabı