Kafirin ölümündən qurtulmaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ وَهْبِ بْنِ أَبِي كَرِيمَةَ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ وَهُوَ الْحَرَّانِيُّ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ ، حَدَّثَنِي زَيْدٌ ، عَنْ وَهْبِ بْنِ كَيْسَانَ ، عَنْ مَعْبَدِ بْنِ كَعْبٍ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ طَلَعَتْ جِنَازَةٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مُسْتَرِيحٌ وَمُسْتَرَاحٌ مِنْهُ ، الْمُؤْمِنُ يَمُوتُ فَيَسْتَرِيحُ مِنْ أَوْصَابِ الدُّنْيَا وَنَصَبِهَا وَأَذَاهَا ، وَالْفَاجِرُ يَمُوتُ فَيَسْتَرِيحُ مِنْهُ الْعِبَادُ وَالْبِلاَدُ وَالشَّجَرُ وَالدَّوَابُّ.
“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Bir dəfə biz Allah Elçisinin ﷺ yanında oturmuşduq. Bu zaman bir cənazə keçdi və Allah Elçisi ﷺ dedi: “Bu cənazə ya qurtulub, ya da ondan qurtulublar. Mömin öldükdə dünyanın sıxıntılarından, çətinliklərindən və yorğunluğundan qurtulur. Günahkar biri öldükdə bəndələr, şəhərlər, ağaclar və heyvanlar onun (şərindən) qurtulmuş olurlar”.”
İstinad
Nəsəi, 1931 (Cənazələr, 114)
Sunən ən-Nəsəi — Cənazələr kitabı