Öləni xeyirlə xatırlamaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ بْنَ عَامِرٍ ، وَجَدَّهُ أُمَيَّةُ بْنُ خَلَفٍ قَالَ : سَمِعْتُ عَامِرَ بْنَ سَعْدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : مَرُّوا بِجَنَازَةٍ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَثْنَوْا عَلَيْهَا خَيْرًا ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ ، ثُمَّ مَرُّوا بِجَنَازَةٍ أُخْرَى فَأَثْنَوْا عَلَيْهَا شَرًّا ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، قَوْلُكَ الأُولَى وَالأُخْرَى وَجَبَتْ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْمَلاَئِكَةُ شُهَدَاءُ اللهِ فِي السَّمَاءِ ، وَأَنْتُمْ شُهَدَاءُ اللهِ فِي الأَرْضِ.
“Rəvayət edir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbərin ﷺ yanından bir cənazə aparılırdı. Həmin cənazə xoş sözlərlə yad edildikdə Peyğəmbər ﷺ: “Vacib oldu!”- deyə buyurdu. Sonra başqa bir cənazə aparılarkən həmin cənazə şər ilə yad edildi. Peyğəmbər ﷺ yenə: “Vacib oldu!”- deyə buyurdu. Səhabələr dedilər: “Ey Allahın Elçisi! Əvvəlkinə də, sonrakına da “vacib oldu!” dedin”. Peyğəmbər ﷺ buyurdu: “Mələklər Allahın göydəki şahidləri, siz isə Allahın yerdəki şahidlərisiniz”.”
İstinad
Nəsəi, 1933 (Cənazələr, 116)
Sunən ən-Nəsəi — Cənazələr kitabı