Cənazələr kitabı

Öləni xeyirlə xatırlamaq

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، وَعَبْدُ اللهِ بْنُ يَزِيدَ ، قَالاَ : حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي الْفُرَاتِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ بُرَيْدَةَ ، عَنْ أَبِي الأَسْوَدِ الدِّيْلِيِّ ، قَالَ : أَتَيْتُ الْمَدِينَةَ فَجَلَسْتُ إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ ، فَمُرَّ بِجَنَازَةٍ فَأُثْنِيَ عَلَى صَاحِبِهَا خَيْرًا ، فَقَالَ عُمَرُ : وَجَبَتْ ، ثُمَّ مُرَّ بِأُخْرَى فَأُثْنِيَ عَلَى صَاحِبِهَا خَيْرًا ، فَقَالَ عُمَرُ : وَجَبَتْ ، ثُمَّ مُرَّ بِالثَّالِثِ فَأُثْنِيَ عَلَى صَاحِبِهَا شَرًّا فَقَالَ عُمَرُ : وَجَبَتْ ، فَقُلْتُ وَمَا وَجَبَتْ يَا أَمِيرَ الْمُؤْمِنِينَ ؟ قَالَ : قُلْتُ كَمَا قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيُّمَا مُسْلِمٍ شَهِدَ لَهُ أَرْبَعَةٌ قَالُوا خَيْرًا أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ ، قُلْنَا : أَوْ ثَلاَثَةٌ ؟ قَالَ : أَوْ ثَلاَثَةٌ ، قُلْنَا : أَوِ اثْنَانِ ، قَالَ : أَوِ اثْنَانِ.

“Rəvayət edilir ki, Əbul-Əsvəd əd-Deyləmi ﵀ demişdir: “Mədinəyə gəlib Ömər ibn əl-Xattabın yanında oturdum. Bu əsnada bir cənazəni dəfn etmək üçün aparırdılar və insanlar onu xeyirlə yad etdilər. Ömər: “Vacib oldu!” dedi. Sonra başqa bir cənazə dəfn olunmağa aparılarkən insanlar onu da xeyirlə yad etdilər. Ömər yenə: “Vacib oldu!” dedi. Sonra üçüncü cənazə dəfn olunmaq üçün aparılarkən insanlar onu şər ilə yad etdilər. Ömər yenə də: “Vacib oldu!” dedi. Mən dedim: “Nə vacib oldu, ey möminlərin əmiri?” Ömər dedi: “Mən sizə Allah Elçisinin ﷺ dediyi kimi dedim. Hansı müsəlmanın yaxşı əməl sahibi olduğuna dörd nəfər (müsəlman) şahidlik etsə, Allah onu Cənnətə daxil edər”. Biz: “Bəs üç nəfər (olsa)?”– deyə soruşduq. O: “Üç nəfər də (olsa)”– deyə cavab verdi. Biz: “Bəs iki nəfər (olsa)?”– deyə soruşduq. O: “İki nəfər də (olsa)”– deyə cavab verdi.”

Əbul-Əsvəd əd-Deyləmi
Səhih

İstinad

Nəsəi, 1934 (Cənazələr, 117)

Sunən ən-Nəsəi — Cənazələr kitabı