Cənazələr kitabı

Qəbirləri ziyarət etmək

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ أَبِي فَرْوَةَ ، عَنِ الْمُغِيرَةِ بْنِ سُبَيْعٍ ، حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ فِي مَجْلِسٍ فِيهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي كُنْتُ نَهَيْتُكُمْ أَنْ تَأْكُلُوا لُحُومَ الأَضَاحِيِّ إِلاَّ ثَلاَثًا ، فَكُلُوا وَأَطْعِمُوا وَادَّخِرُوا مَا بَدَا لَكُمْ ، وَذَكَرْتُ لَكُمْ أَنْ لاَ تَنْتَبِذُوا فِي الظُّرُوفِ الدُّبَّاءِ وَالْمُزَفَّتِ وَالنَّقِيرِ وَالْحَنْتَمِ انْتَبِذُوا فِيمَا رَأَيْتُمْ وَاجْتَنِبُوا كُلَّ مُسْكِرٍ ، وَنَهَيْتُكُمْ عَنْ زِيَارَةِ الْقُبُورِ ، فَمَنْ أَرَادَ أَنْ يَزُورَ فَلْيَزُرْ ، وَلاَ تَقُولُوا هُجْرًا.

“Abdullah ibn Bureydə atasından ﵁ rəvayət edir ki, bir dəfə o, Allah Elçisi ﷺ ilə bir məclisdə idi. Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mən Qurban (bayramında kəsilən) ətləri üç gündən artıq saxlayıb yeməyi qadağan etmişdim. Artıq özünüz yeyə, başqalarına yedirdə və (istədiyiniz qədər) saxlaya bilərsiniz. Sizə oyulmuş ağacdan düzəldilmiş qablarda dubbəni, müzəffəti (yaxud müqəyyəri), nəqiri, həntəmi və şirə saxlamağı qadağan etmişdim. Artıq bütün qablarda şirə saxlaya bilərsiniz. Sərxoşluq gətirən hər şeydən çəkinin! Həmçinin sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq kim istəsə, (qəbirləri) ziyarət edə bilər, lakin pis söz söyləməyin!””

Abdullah ibn Bureydə atasından
Səhih

İstinad

Nəsəi, 2033 (Cənazələr, 216)

Sunən ən-Nəsəi — Cənazələr kitabı