Müşrikin qəbrini ziyarət etmək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، عَنْ يَزِيدَ بْنِ كَيْسَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : زَارَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبْرَ أُمِّهِ ، فَبَكَى وَأَبْكَى مَنْ حَوْلَهُ ، وَقَالَ : اسْتَأْذَنْتُ رَبِّي عَزَّ وَجَلَّ فِي أَنْ أَسْتَغْفِرَ لَهَا فَلَمْ يُؤْذَنْ لِي ، وَاسْتَأْذَنْتُ فِي أَنْ أَزُورَ قَبْرَهَا فَأَذِنَ لِي ، فَزُورُوا الْقُبُورَ فَإِنَّهَا تُذَكِّرُكُمُ الْمَوْتَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ anasının qəbrini ziyarət etdi, ağladı və yanında olanları da ağlatdı, sonra dedi: “Rəbbimdən ﷿ anam üçün bağışlanma diləməyə izn istədim, izn vermədi. Qəbrini ziyarət etmək üçün izn istədim, izn verdi. Qəbirləri ziyarət edin, çünki qəbir ziyarəti ölümü xatırladır”.”
İstinad
Nəsəi, 2034 (Cənazələr, 217)
Sunən ən-Nəsəi — Cənazələr kitabı