Cənazələr kitabı

Müşriklər üçün bağışlanma diləməyin qadağan olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِيهِ قَالَ : لَمَّا حَضَرَتْ أَبَا طَالِبٍ الْوَفَاةُ دَخَلَ عَلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَعِنْدَهُ أَبُو جَهْلٍ ، وَعَبْدُ اللهِ بْنُ أَبِي أُمَيَّةَ ، فَقَالَ : أَيْ عَمِّ قُلْ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، كَلِمَةً أُحَاجُّ لَكَ بِهَا عِنْدَ اللهِ عَزَّ وَجَلَّ ، فَقَالَ لَهُ أَبُو جَهْلٍ ، وَعَبْدُ اللهِ بْنُ أَبِي أُمَيَّةَ : يَا أَبَا طَالِبٍ ، أَتَرْغَبُ عَنْ مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ ؟ فَلَمْ يَزَالاَ يُكَلِّمَانِهِ حَتَّى كَانَ آخِرُ شَيْءٍ كَلَّمَهُمْ بِهِ عَلَى مِلَّةِ عَبْدِ الْمُطَّلِبِ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لأَسْتَغْفِرَنَّ لَكَ مَا لَمْ أُنْهَ عَنْكَ ، فَنَزَلَتْ {مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ} وَنَزَلَتْ {إِنَّكَ لاَ تَهْدِي مَنْ أَحْبَبْتَ}.

“Səid ibn əl-Museyyib atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Əbu Talib ölüm ayağında ikən Allah Elçisi ﷺ onun yanına gəldi. Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə də orada idi. Allah Elçisi ﷺ dedi: “Əmican, “lə iləhə illəllah” kəlməsini de ki, Allah ﷿ yanında sənin (dediyinə) şahidlik edim”. Bunu eşidəndə Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə dedilər: “Ey Əbu Talib, Abdulmuttalibin dinindən dönməkmi istəyirsən?!” Onlar bunu o qədər təkrar etdilər ki, axırda Əbu Talibin onlara son sözü Abdulmuttalibin dinində qalacağı oldu. Onda Allah Elçisi ﷺ ona dedi: “Vallahi, bil ki, mənə qadağan edilənədək sənin üçün bağışlanma diləyəcəyəm”. Sonra bu ayə nazil oldu: “Müşriklərin Cəhənnəm sakinləri olduqları bəlli olduqdan sonra qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz”. (ət-Tövbə, 113). Sonra da bu ayə nazil oldu: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır” (əl-Qasəs, 56)”.”

Səid ibn əl-Museyyib atasından
Səhih

İstinad

Nəsəi, 2035 (Cənazələr, 218)

Sunən ən-Nəsəi — Cənazələr kitabı