Müşriklər üçün bağışlanma diləməyin qadağan olması
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الْخَلِيلِ ، عَنْ عَلِيٍّ قَالَ : سَمِعْتُ رَجُلاً يَسْتَغْفِرُ لأَبَوَيْهِ وَهُمَا مُشْرِكَانِ ، فَقُلْتُ : أَتَسْتَغْفِرُ لَهُمَا وَهُمَا مُشْرِكَانِ ؟ فَقَالَ : أَوَ لَمْ يَسْتَغْفِرْ إِبْرَاهِيمُ لأَبِيهِ ؟ فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَنَزَلَتْ : {وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لأَبِيهِ إِلاَّ عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ}.
“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən bir kişinin, valideynləri müşrik olduqları halda onlar üçün bağışlanma diləməsini eşitdim və dedim: “Onlar müşrik olduqları halda onlar üçün bağışlanma diləyirsən?” O dedi: “Məgər İbrahim öz müşrik atası üçün bağışlanma diləməmişdirmi?” Mən Peyğəmbərin ﷺ yanına gəldim və olanları ona danışdıqda bu ayə nazil oldu: “İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi” (ət-Tövbə, 114)”.”
İstinad
Nəsəi, 2036 (Cənazələr, 219)
Sunən ən-Nəsəi — Cənazələr kitabı