Qəbir əzabı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : {يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الآخِرَةِ} ، قَالَ : نَزَلَتْ فِي عَذَابِ الْقَبْرِ ، يُقَالُ لَهُ : مَنْ رَبُّكَ ؟ فَيَقُولُ : رَبِّيَ اللَّهُ ، وَدِينِي دِينُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَذَلِكَ قَوْلُهُ : {يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الآخِرَةِ}.
“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ bu ayə “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar” (İbrahim, 27) haqda buyurdu: “Bu ayə qəbir əzabı barəsində nazil olmuşdur”. (Bərzəx həyatında) ona deyiləcək: “Rəbbin kimdir?” O deyəcək: “Rəbbim Allahdır, dinim də Muhəmmədin ﷺ dinidir”. Bu da: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar” (İbrahim, 27) ayəsində öz təsdiqini tapmışdır”.”
İstinad
Nəsəi, 2057 (Cənazələr, 240)
Sunən ən-Nəsəi — Cənazələr kitabı