Qəbir əzabı
أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ صَوْتًا مِنْ قَبْرٍ فَقَالَ : مَتَى مَاتَ هَذَا ؟ قَالُوا : مَاتَ فِي الْجَاهِلِيَّةِ ، فَسُرَّ بِذَلِكَ ، وَقَالَ : لَوْلاَ أَنْ لاَ تَدَافَنُوا لَدَعَوْتُ اللَّهَ أَنْ يُسْمِعَكُمْ عَذَابَ الْقَبْرِ.
“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bir qəbirdən səs eşitdi və dedi: “Bu, nə zaman ölüb?” Səhabələr dedilər: “Cahiliyyə dövründə”. Peyğəmbər ﷺ buna sevindi və dedi: “Əgər sizin ölənlərinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, qəbirdə olan əzabın səsini eşitməyiniz üçün Allaha dua edərdim”.”
İstinad
Nəsəi, 2058 (Cənazələr, 241)
Sunən ən-Nəsəi — Cənazələr kitabı