Cənazələr kitabı

Qəbir əzabından Allaha sığınmaq

أَخْبَرَنَا هَنَّادٌ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، دَخَلَتْ يَهُودِيَّةٌ عَلَيْهَا فَاسْتَوْهَبَتْهَا شَيْئًا ، فَوَهَبَتْ لَهَا عَائِشَةُ ، فَقَالَتْ : أَجَارَكِ اللَّهُ مِنْ عَذَابِ الْقَبْرِ ، قَالَتْ عَائِشَةُ : فَوَقَعَ فِي نَفْسِي مِنْ ذَلِكَ ، حَتَّى جَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ : إِنَّهُمْ لَيُعَذَّبُونَ فِي قُبُورِهِمْ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ.

“Aişə ﵂ rəvayət edir ki, bir yəhudi qadın gələrək ondan bəzi şeylər istədi. Aişə də onun istədiyini verdikdə qadın dedi: “Allah səni qəbir əzabından qorusun!” Aişə deyir: “O qadının bu sözü başımı qarışdırdı və Allah Elçisi ﷺ gələn kimi bunu ona dedim. O dedi: “Onlar qəbirlərində elə əzab görəcəklər ki, səslərini heyvanlar eşidəcək”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2066 (Cənazələr, 249)

Sunən ən-Nəsəi — Cənazələr kitabı